stilistika 1-2

Türkiyənin incəsənət tarixçisi Fırat Arapoğlu ilə onlayn görüş keçirilib

Xəbərlər

Türkiyənin incəsənət tarixçisi Fırat Arapoğlu ilə onlayn görüş keçirilib.

Nizami Gəncəvi Vəqfi beynəlxalq əlaqələrini genişləndirməyə davam edir. Belə ki, Türkiyənin incəsənət tarixçisi, tənqitçi, eyni zamanda müstəqil incəsənət kuratoru olan Dr. Fırat Arapoğlu ilə onlyan görüş keçirilib.

Görüş zamanı Nizami Gəncəvi Vəqfinin direktoru Rəfi Qurbanov vəqfin fəaliyyət istiqamətlərini və qarşıda duran planlar haqqında məlumat verib. Həmçinin görüşdə Nizami Gəncəvinin təlqin etdiyi universal dəyərlərin təbliğinin əhəmiyyəti vurğulanıb.

Sözügeden görüş zamanı mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub.

2

Yaponiyanın nüfuzlu Kyoto Universitetinin gənc araşdırmacısı ilə görüş keçirilib

Xəbərlər

Yaponiyanın nüfuzlu Kyoto Universitetinin gənc araşdırmacısı ilə görüş keçirilib

Yaponiyanın nüfuzlu Kyoto Universitetinin gənc araşdırmaçısı Ko İvakura ilə görüş keçirilib.
Ko İvakura Nizami Gəncəvi Vəqfinin direktoru Rəfi Qurbanovla görüşüb.

Görüş zamanı Ko İvakuranı maraqlandıran suallar cavablandırılmış və ona ölkəmizdə tarixən mövcud olan multikultural mühit haqqında geniş məlumat verilmişdir.

Rəfi Qurbanov Nizami Gəncəvi poemalarının da özlüyündə multikultural dəyərlərin bədii ifadəsi olduğunu gənc araşdırmaçının diqqətinə çatdırmış, eləcə də hər bir poema haqqında vacib məqamlara toxunmuşdur.
Sonda Nizami Gəncəvi Vəqfi ilə Kyoto Universiteti arasında əlaqələrin qurulması istiqamətində fikir mübadiləsi aparılmışdır.

main

Bursada Azərbaycan Milli İpək stendinin təşkilində könüllü iştirak edən azərbaycanlı tələbələrə sertifikatlar verilib

Xəbərlər

Türkiyənin Bursa vilayətində 3-cü “Baramadan ipəyə” beynəlxalq festivalı keçirilir

Türkiyənin Bursa vilayətində keçirilən 3-cü “Baramadan ipəyə” beynəlxalq festivalında ölkəmiz də təmsil olunur.
Festivalın dördüncü günü Nizami Gəncəvi Vəqfinin rəhbər heyəti İpək Festivalı çərçivəsində Azərbaycan Milli İpək stendinin təşkilində yaxından iştirak edən edən Bursa Azərbaycan İnnovasiya və Həmrəylik (BAİDD) dərnəyinin rəhbəri, eləcə də dərnəyin üzvləri olan Bursa Uludağ Universitetininin Azərbaycanlı tələbələri ilə görüşmüşdür. Görüş Bursa Böyük şəhər bələdiyyəsinin dəstəyi ilə BAİDD-ın yeni açılmış ofisində baş tutmuşdur. Görüş zamanı Nizami Gəncəvi Vəqfi tərəfindən Azərbaycan Milli İpək stendinin təşkilində könüllü iştirak edən azərbaycanlı tələbələrə xüsusi sertifikatlar və Şuşa haqqında kitab təqdim edilmiş, eyni zamanda qarşılıqlı maraq doğuran mövzular ətrafından fikir mübadiləsi aparılmışdır.

1

Türkiyənin Bursa vilayətində 3-cü “Baramadan ipəyə” beynəlxalq festivalı keçirilir

Xəbərlər

Türkiyənin Bursa vilayətində 3-cü “Baramadan ipəyə” beynəlxalq festivalı keçirilir

Sentyabrın 1-dən 4-dək türk dünyasının mədəniyyət paytaxtı olan Türkiyənin Bursa vilayətində 3-cü “Baramadan ipəyə” beynəlxalq festivalı keçirilir. Azərbaycan ipəyi ilk dəfə bu festivalda nümayiş etdirilir.

Beynəlxalq festival Bursa Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə baş tutur.

Azərbaycan sözügedən festivalda Nizami Gəncəvi Vəqfinin təşəbbüsü, Bakı Yunus Əmrə İnstitutunun dəstəyi və “Azəripək” MMC-nin tərəfdaşlığı ilə “Kəlağayı: Şəkidən Bursaya doğru uzanan ipək tellər” adlı milli stendi ilə təmsil olunur. Ölkəmizin festivalda iştirakının əsas məqsədi Azərbaycanın qədim və zəngin ipəkçilik sənətini beynəlxalq arenada təbliğ etmək, eləcə də iki ölkə arasında mədəni əlaqələrin gücləndirilməsinə töhfə verməkdir. 

Sərgidə Şəkidə “Azəripək” MMC tərəfindən istehsal olunan ipək nümunələrinin, əsasən qədim Azərbaycan baş örtüyü olan kəlağayının təqdimatı və satışı keçirilir. Bundan əlavə, tədbir boyu Azərbaycan ipəyinin tarixini əks etdirən videomateriallar, ipək və kəlağayı istehsalı zamanı istifadə olunan boya, basma naxış qəlibləri və digər kiçik daşına bilən vasitələrin nümayişi, eləcə də ustad dərslərinin təşkili nəzərdə tutulur.

Tədbirin açılış mərasimində Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş Azərbaycan stendini ziyarət edib. Vəqfin direktoru Rəfi Qurbanov bələdiyyə sədrinə milli stendimiz haqqında ətraflı məlumat verib. Daha sonra “Azəripək” MMC-nin marketinq və biznesin inkişafı üzrə şöbə müdiri Elvira Məmmədova tərəfindən xarıbülbüllə bəzədilən ipək kəlağayı Alinur Aktaşa hədiyə edilib. 

Dörd gün davam edəcək tədbirdə yerli, eləcə də Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Şimali Kipr Türk Respublikası kimi türkdilli ölkələrin milli ipək nümunələrindən ibarət sərgiləri təşkil olunur. Təşkilatçılar tərəfindən ipək festivalı çərçivəsində hər günə məxsus müxtəlif ekskursiya və mədəni tədbirlərin təşkili də nəzərdə tutulur.

Tədbirdə nümayiş etdirilən Azərbaycan milli geyimləri modelyerlər, Əməkdar mədəniyyət işçisi Fəxriyyə Xələfova və Azərbaycan Milli Geyimlər Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova tərəfindən hazırlanıb. 

Festivalın rəsmi açılış mərasimində Türkiyənin Bursa üzrə dövlət rəsmiləri, Azərbaycanın İstanbuldakı Baş konsolluğunun əməkdaşları, Nizami Gəncəvi Vəqfinin və “Azəripək” MMC-nin rəsmi nümayəndələri, Bursa Azərbaycan İnnovasiya və Həmrəylik dərnəyinin rəhbər heyəti, Bursa Uludağ Universitetində təhsil alan azərbaycanlı gənclər, yerli ipək istehsalçı şirkətlərin rəhbərləri, eləcə də digər yerli və xarici rəsmi qonaqlar iştirak ediblər.

 

bursa-poster

3-cü “Baramadan İpəyə” beynəlxalq ipək festivalı

Tədbirlər

3-cü “Baramadan İpəyə” beynəlxalq ipək festivalı

Azərbaycan ipəyi ilk dəfə sentyabrın 1-dən 4-dək türk dünyasının mədəniyyət paytaxtı olan Türkiyənin Bursa vilayətində keçiriləcək 3-cü “Baramadan İpəyə” beynəlxalq festivalda nümayiş etdiriləcək.

Festival Bursa Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə keçiriləcək. Azərbaycan sözügedən festivalda Nizami Gəncəvi Vəqfinin təşəbbüsü, Bakı Yunus Əmrə İnstitutunun dəstəyi və “Azəripək” MMC-nin tərəfdaşlığı ilə “Kəlağayı: Şəkidən Bursaya doğru uzanan ipək tellər” adlı milli stendi ilə təmsil olunacaq. Ölkəmizin festivalda iştirakının əsas məqsədi Azərbaycanın qədim və zəngin ipəkçilik sənətini beynəlxalq arenada təbliğ etmək, eləcə də iki ölkə arasında mədəni əlaqələrin gücləndirilməsinə töhfə verməkdir.

Sərgidə Şəkidə istehsal olunan ipək nümunələrinin, əsasən qədim Azərbaycan baş örtüyü olan kəlağayının təqdimatı və satışı keçiriləcək. Bundan əlavə, tədbir boyu Azərbaycan ipəyinin tarixini əks etdirən video materiallar, ipək və kəlağayı istehsalı zamanı istifadə olunan boya, basma naxış qəlibləri və digər kiçik daşına bilən vasitələrin nümayişi, eləcə də ustad dərslərinin təşkili nəzərdə tutulur.

Dörd gün davam edəcək tədbirdə yerli, eləcə də Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Şimali Kipr Türk Respublikası kimi türkdilli ölkələrin milli ipək nümunələrindən ibarət sərgilərin təşkili planlaşdırılır. Təşkilatçılar tərəfindən ipək festivalı çərçivəsində hər günə məxsus müxtəlif ekskursiya və mədəni tədbirlərin təşkili də nəzərdə tutulur.

Festivalın rəsmi açılış mərasimində Türkiyənin Bursa üzrə dövlət rəsmiləri, Azərbaycanın Türkiyədəki rəsmi təmsilçiləri, Yunus Əmrə İnstitutunun əməkdaşları, yerli ipək istehsalçı şirkətlərin rəhbərləri, eləcə də digər yerli və xarici rəsmi qonaqların iştirakı nəzərdə tutulur.

Main Photo

Vəqfin direktoru XII Beynəlxalq Multikulturalizm Yay Məktəbində iştirak edib

Xəbərlər

Vəqfin direktoru XII Beynəlxalq Multikulturalizm Yay Məktəbində iştirak edib

Nizami Gəncəvi Vəqfinin direktoru Rəfi Qurbanov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılğı ilə 2022-ci ilin  iyulun 26-da Şəki şəhərində keçirilən  “Multikulturalizm siyasəti qlobal və regional sülhün açarı kimi” adlı XII Beynəlxalq Multikulturalizm Yay Məktəbində mühazirəçi qismində iştirak edib.

İyulun 26-da direktor Rəfi Qurbanovun “Azərbaycanın xarici siyasəti: Multikulturalizm mədəniyyət diplomatiyası kimi” mövzusunda mühazirəsi dinlənilib.  Rəfi Qurbanov bildirib ki, Azərbaycandakı mədəni müxtəliflik nümunəsinin xarici siyasətdə də təbliğ edilməsi ölkəmizin multikulturalizm siyasətinin əsas tərkib hissəsidir.

“Bakı Prosesi”ilə başlayan bu siyasət ölkəmizin beynəlxalq arenada müsbət imicinin möhkəmləndirilməsinə xidmət edir. Mədəni hüquqların dövlət tərəfindən tam qorunması həm də dinc birgəyaşayış ənənələrinin qorunmasında müstəsna rol oynayır.

Qeyd edək ki, XII Beynəlxalq Multikulturalizm Yay Məktəbində 14 ölkənin (Azərbaycan, Ukrayna, Rusiya, Türkiyə, Fransa, İspaniya, Misir, Türkmənistan, Gürcüstan, Rumıniya, Qana, Nigeriya, Bolqarıstan, Suriya) aparıcı universitetlərindən 20-dən çox tələbə iştirak edib.

27.07.2022

1 - Esas

“Sosial media” mövzusunda təlim keçirilib

Xəbərlər

“Sosial media” mövzusunda təlim keçirilib

Nizami Gəncəvi Vəqfinin (NGV) təşkilatçılığı və “Belə belə işlər” layihəsinin dəstəyi ilə “Sosial media” mövzusunda Vəqfin əməkdaşlarına və könüllülərinə 2022-ci ilin 28-29 iyun tarixlərində təlim keçirilmişdir. Keçirilən iki günlük təlimin əsas məqsədi Vəqfin media strategiyasının qurulmasına dəstəyin verilməsi, eləcə də əməkdaşların sosial media idarəçiliyi ilə bağlı bilik və bacarıqlarının artırılmasıdır. 

“Belə belə işlər” layihəsinin rəhbəri Səbinə Məlikova tərəfindən keçirilən təlimdə sosial medianın bütün seqmetləri üzrə ayrı-ayrı yanaşmaların tətbiqi, trendlər, müxtəlif təcrübələr və s. ilə bağlı mövzular diqqətə çatdırıldı. Həmçinin təbliğatla məşğul olan təşkilatların tətbiq etməli olduğu metodlar  haqqında geniş məlumat verildi. Təlim zamanı iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparıldı.

Təlimin sonunda Səbinə Məlikova NGV-nin media strategiyasının inkişafına verdiyi töhfəyə görə direktor Rəfi Qurbanov tərəfindən sertifikatla təltif edildi.

– 30 / 06 /2022

DSC_0110

ABŞ-ın nüfuzlu universitetinin gənc alimi ilə görüş keçirilib

Xəbərlər

ABŞ-ın nüfuzlu universitetinin gənc alimi ilə görüş keçirilib

Nizami Gəncəvi Vəqfinin direktoru Rəfi Qurbanov ABŞ-ın nüfuzlu Kolumbiya Universitetinin doktorantı və gənc araşdırmacı Sohee Ryukla  görüşüb.

Görüşdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığı və onun təlqin etdiyi ümumbəşəri dəyərlər haqqında gənc alimə məlumat verilmiş və Nizami Gəncəvi Vəqfinin əsas fəaliyyət istiqamətləri diqqətə çatdırılmışdır. 

Vəqfin “Gənclər Platforması” barədə geniş məlumat verən R.Qurbanov bildirmişdir ki, gənc alim və ekspertlərin təşkilatın fəaliyyətinə cəlb edilməsində məqsəd həm də onların prizmasında Nizami dəyərlərinin beynəlxalq arenada təbliğidir.

Daha sonra S. Ryuk Azərbaycanda olduğu müddətdə ölkəmizin bənzərsiz mədəni müxtəlifliyindən, insanların qonaqpərvərliyindən və ölkəmizdə xalçaçılıq ənənələri ilə bağlı apardığı araşdırmasında etdiyi nəticələrdən danışıb. Sonda qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb. 

– 20 / 06 / 2022

1 - Main one

Nizami Gəncəvi Vəqfi beynəlxalq əlaqələri genişləndirir

Xəbərlər

Nizami Gəncəvi Vəqfi beynəlxalq əlaqələri genişləndirir

Nizami Gəncəvi Vəqfinin direktoru Rəfi Qurbanov və Bakı Yunus Əmrə İnstitutunun direktoru Səlcuk Karakılıç arasında görüş keçirilib.

Görüşdə Nizami Gəncəvi Vəqfi ilə Yunus Əmrə İnstitutu arasında ikitərəfli əməkdaşlığın qurulması üçün geniş imkanların mövcudluğu vurğulanıb. Azərbaycanla Türkiyyə arasında müxtəlif sahələrdə iki tərəfli əlaqələrin ən yüksək səviyyədə olduğunu qeyd edən  R.Qurbanov qardaş ölkələr arasında mədəni əlaqələrin gücləndirilməsində iki təşkilatın elm və mədəniyyət sahəsində əməkdaşlığının vacibliyini diqqətə çatdırıb. 

Daha sonra  S.Karakılıç ölkəmizdəki zəngin mədəni mühitdən söz açaraq Azərbyacanın mədəni müxtəlifliyin idarə edilməsi sahəsində əldə etdiyi nailiyyətlərindən danışıb. Sonda qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

– 16 / 06 / 2022

DSC_0041

Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş təqdimat

Tədbirlər

Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş təqdimat

Nizami Gəncəvi Vəqfinin təşəbbüsü və təşkilatçılığı ilə Bakı Slavyan Universitetinin ədəbiyyat nəzəriyyəsi və dil ədəbiyyatı kafedrasının professoru, filologiya elmləri doktoru əməkdar müəllim Bella Musayeva tərəfindən 26 may 2022- ci il tarixdə Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr edilmiş təqdimat keçirilib.

Tanınmış Azərbaycan brendi  “Resm Jewerly” – in heyəti üçün təşkil edilən təqdimatda  2021-ci ildə “Nizami Gəncəvi” ili çərçivəsində sözügedən brend adı altında istehsal edilən “Xəmsə” ipək yaylıq kolleksiyasının ölkəmizə gələn əcnəbi qonaqlara təqdim edilməsi zamanı  dahi şairin fəlsəfəsinin çatdırılması ilə bağlı məlumatlar verilmiş və bu barədə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılmışdır.