Director
Qurbanov Rəfi Qurban oğlu 27 fevral 1990-cı ildə Şəmkir rayonun Mahmudlu kəndində anadan olub. 2008-2012-ci illərdə Qafqaz Universitetinin Tərcümə ingilis dili fakultəsini fərqlənmə ilə bitirib.
2013-2014-cü illərdə Böyük Britaniyanın Anglia Ruskin Universitetinin Beynəlxalq və mədəniyyətlərarası münsibətlər üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirib. 2018-ci ildə İsveçin nüfuzlu Folke Bernadotte Akademiyasının “Gənc siyasi məsələlər üzrə müşavirlər” kursunu müvəffəqiyyətlə bitirib.
2021-ci ildən Azərbaycan dillər Universitetinin Beynəlxalq münasibətlər kafedrasının doktorantıdır.
2015-2019-cu illərdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr şöbəsində məsləhətçi, müdir müavini və müdir vəzifələrində çalışıb.
2015-2017-ci illərdə Xəzər Universitetinin tərcümə fakultəsində müəllim kimi çalışıb.
2019-cu ildə Azərbaycan Universitetinin Tərcümə fakultəsində müəllim kimi çalışıb.
2019-2020-ci illərdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini olub.
2020-2021-ci illərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin sədr müavini olub. 2022-ci ildən Nizami Gəncəvi Vəqfinin direktorudur.
Ailəlidir. Bir oğlu var.
Kitablar
Məqalələr
Deputy Director
Sustainable Development and Social Projects Coordinator
Innovations and Youth Project Coordinator
Assistant Director