Varlık 19
banner 2 (2)

Gənclər Konsepsiyası

“KƏŞF ET, ÜNSİYYƏT QUR, İNKİŞAF ET”

Nizami Gəncəvi Vəqfinin əsas məqsədi Nizami Gəncəvi irsinin və Azərbaycan mədəniyyətinin həm Azərbaycanda, həm də beynəlxalq müstəvidə tədqiqi və təbliğidir. Bu missiyanın həyata keçirilməsində gənclərlə əməkdaşlıq ölçüsü xüsusi əhəmiyyət kəsb edir.

Gənclərlə əməkdaşlıq etdikdə onları əsas tərəfdaşlar kimi cəlb etməklə yanaşı, bu fəaliyyətdə onlara inkişaf üçün həlləri birgə yaratmağa imkan verən peşə, bacarıq, dünya görüşü və təşəbbüskarlıq, yenilikçilik kimi keyfiyyətləri inkişaf etdirmək üçün əlverişli mühit yaradılır. Bununla biz daha böyük miqyaslı, cəmiyyətin ehtiyaclarına cavab verən və daha inkluziv fəaliyyətin əsasını qoya bilərik. 

Platformanın məqsədi həmçinin yerli və əcnəbi gəncləri müasir dövrün ehtiyaclarını nəzərə alaraq bir araya gətirmək və onlar arasında körpü rolu oynamaqdır. 

Nizami Gəncəvi dəyərlərinin kompleks şəkildə gənclər arasında təbliği, eləcə də mədəniyyətlər arasında qarşılıqlı anlaşmanı təşviqində gənclərin rolunun gücləndirilməsi məqsədilə Nizami Gəncəvi Vəqfinin “Gənclər Konsepsiyası”nı təqdim edirik.

Missiya

Nizami Gəncəvi irsini rəhbər tutaraq universal dəyərləri təşviq etmək və gənclər üçün əlverişli sosial mühit yaratmaqdır.

Vizyon

Gənclər arasında ortaq dəyərlərə sahib beynəlxalq dialoq platforması yaratmaqdır. Gənclər Platformasının təməlində Nizami Gəncəvinin kamil insan konsepsiyası dayanır. Bu konsepsiya özündə aşağıdakı istiqamətləri ehtiva edir:

• Nizami Gəncəvi gənclər üçün önə çəkdiyi dəyərlər;

• Bu dəyərlərin təbliğində gənclərin rolu.

Məqsəd

• Dahi Azərbaycan şairi Nizami Gəncəvi fəlsəfəsindən irəli gələn humanizm, sülh, ədalət, dostluq, dialoq, çoxmədəniyyətlilik, sosial bərabərlik, sevgi, məqsədyönlülük, tolerantlıq, hörmət və s. kimi dəyərlərin gənclər arasında geniş təbliği, eləcə də Nizami Gəncəvi irsinin gələcək nəsillərə çatdırılması;

• Məlum olan irsi müasir dövrün mədəni və ictimai ölçülərinə uyğunlaşdıraraq intellektual gəncliyin inkişafına və ədalətli cəmiyyətin formalaşmasına töhfə vermək;

• Bu istiqamətdə yerli və beynəlxalq gənclər şəbəkəsinin formalaşmasına nail olmaq.

Üzvlük

18-35 yaş arası gənclər a.bahmani-aliyeva@nizamiganjavifoundation.org elektron poçtuna şəkilli CV və ya Resume, eləcə də motivasiya məktubunu göndərməklə üzvlüyə müraciət edə bilər.

Shopping Basket