"Nizami" Nizami Gəncəviyə həsr olunmuş, baş rolda Müslüm Maqomayevin çəkildiyi 1982-ci ildə çəkilmiş filmdir. Filmdə şairin obrazı, Azərbaycan xalqının o uzaq illərdəki siyasi-ictimai həyatının ab-havası, insan münasibətlərinin mürəkkəb dünyası öz əksini tapıb. Bu film insanın tarixdəki rolundan və insanlar qarşısındakı borcundan bəhs edir. Nizaminin əxlaqi idealı ilə reallıq arasındakı uyğunsuzluq şairin insana və ədalətə inamını qıra bilmədi.
Ssenari müəllifi: İsa Hüseynov, Eldar Quliyev
Quruluşçu rejissor: Eldar Quliyev
Baş rolda:
Müslüm Maqomayev-Nizami Gəncəvi
Həmidə Ömərova-Pəri; Afaq
Həsənağa Turabov-Müzəffəri
Ələddin Abbasov-Xaqan Şirvani
Hacımurad Yegizarov (Hacımurad kimi) -Qızıl Arslan
Film-dastan iki gənc sevgilinin ülvi məhəbbətindən, onların faciəli taleyindən, Şərq poeziyasında yüz illər yaşamış qədim bir əfsanədən bəhs edən zəmanəmizin poetik hekayəsidir.
Rejissor: Lətif Səfərov
Əsərin müəllifi: Məhəmməd Füzuli, Nizami Gəncəvi
Ssenari müəllifi: Ənvər Məmmədxanlı
Operator: Arif Nərimanbəyov
Rəssam: Cəbrayıl Əzimov
Bəstəkar: Qara Qarayev
Rollarda: Nodar Şaşıqoğlu – Qeys, Kima Məmmədova – Leyli, Gündüz Abbasov – Zeyd, Rafiq Tağıyev – Nofəl, Qriqori Tonuns – İbn Salam, Əli Zeynalov – Şeyx Haşimi, Ələsgər Ələkbərov – Şeyx Əmir