Varlık 19
banner 2 (2)

Vəqf Könüllüləri

Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən ictimai faydalı fəaliyyət istiqamətlərindən hesab olunur.

Ölkəmizdə gənclər siyasətinin əsasını təşkil edən könüllülük hərəkatı geniş vüsət almaqdadır. Dövlət və özəl təşkilatlarda könüllülər üçün xüsusi mərkəzlər yaradılır, təlimlər təşkil olunur, eyni zamanda onlar ölkəmizin beynəlxalq arenada təbliğinə xidmət edən forum, konfrans və tədbirlərə cəlb olunurlar. Könüllülük fəaliyyətinin dövlət siyasəti vasitəsilə dəstəklənməsi, eləcə də ümumi ölkə üzrə gənclərin müxtəlif istiqamətlərdə fəal iştirakı bu sahəyə verilən önəmin göstəricisidir.

Cənab Prezident İlham Əliyev tərəfindən gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci ili ölkəmizdə “Könüllülər ili” elan etməsi bu önəmin bariz nümunəsidir. Nizami Gəncəvi Vəqfi (NGV) olaraq biz də, həyata keçirilən yerli və beynəlxalq tədbirlərin təşkili kimi əhəmiyyətli fəaliyyətlərə könüllülərin cəlb edilməsini təşviq edirik.  

Nizami Gəncəvi Vəqfi Azərbaycanın dahi mütəfəkkiri və şairi Nizami Gəncəvinin öz əsərlərində tərənnüm etdiyi xeyirxahlıq, yardımlaşma, dostluq, mərhəmət, insansevərlik və s. kimi ali mənəvi dəyərləri rəhbər tutaraq, beynəlxalq və yerli fəaliyyətlərdə könüllülərə xüsusi yer verir; onların şəxsi inkişafına şərait yaradaraq müxtəlif sahələrdə yeni təcrübə, bilik və bacarıqlar əldə etmələrinə, həmçinin asudə vaxtlarının səmərəli təşkilinə dəstək olur; eləcə də gənclərin dünya görüşünün formalaşmasına, sosial məsuliyyət hissinin və komanda daxili əməkdaşlıq vərdişlərinin aşılanmasına töhfə verir.

Könüllümüz olmaqla nə əldə edirsiniz?

• Dünya görüşünün və intellektual səviyyənin formalaşması və artırılması

• NGV tərəfindən gənclər və könüllülər üçün nəzərdə tutulan xüsusi təlim, mühazirə, seminar və s. tədbirlərdə iştirak

• NGV-nin peşəkar komandası ilə bərabər yerli və beynəlxalq səviyyəli layihələrinin təşkilində yaxından iştirak etmək və təcrübə qazanmaq;

• Azərbaycan mədəniyyətinin və elminin beynəlxalq müstəvidə təbliğinə töhfə vermək

• Komanda şəklində birgə işləmək və ünsiyyət qurmaq bacarıqlarının inkişafı

• Asudə vaxtın səmərəli və əyləncəli təşkili;

• Nüfuzlu ictimai, siyasi və elm xadimlərilə, beynəlxalq səviyyəli ekspertlərlə tanış olmaq imkanı

• Komfort Zonadan çıxaraq yeni bacarıqlarınızın aşkara çıxarılması

• Yüksək mənəvi dəyərlər, qarşılıqlı hörmət və inam, fikir birliyinə əsaslanan səmimi könüllülər platformasının üzvü olmaq

Shopping Basket