Nizami Ganjavi Foundation

Varlık 19
banner 2 (2)
Məqsədimiz

“Nizami Gəncəvi Vəqfi” yaradıcılığı ilə ümumbəşəri dəyərləri, sülh və ədaləti tərənnüm edən Şərq intibahının görkəmli nümayəndəsi olmuş Nizami Gəncəvinin adını və ideyalarını yaşadaraq mədəniyyətin təbliği vasitəsilə Azərbaycan Respublikasının beynəlxalq aləmdə müsbət imicinin möhkəmləndirilməsinə töhfə vermək, eləcə də müasir dünyada sülh, dialoq, qarşılıqlı anlaşma, mədəni müxtəliflik, qlobal problemlərə alternativ həll yollarının təklifi məqsədinə xidmət edən mədəniyyət və elm sahəsində fəaliyyət göstərir.

Missiyamız
  1. Azərbaycanın  qədim tarixini, zəngin mədəniyyətini, ədəbiyyatını, incəsənətini və adət-ənənələrini, xüsusilə Azərbaycanın qədim şəhəri Gəncəni dünyaya tanıtmaq;
  2. Azərbaycanın beynəlxalq aləmdə etibarlılığını və nüfuzunun artırmaq;
  3. Dünya xalqları arasında dostluq əlaqələri qurmaq;
  4. Beynəlxalq arenada Azərbaycan ilə bağlar quran və dost olan insanların sayını artırmaq;
  5. Nizami Gəncəvinin ədəbi və fəlsəfi irsini tədqiq edən nüfuzlu beynəlxalq və yerli nizamişünas alimlərin bilik mübadiləsini təşviq etmək, eləcə də bu sahədə yeni tədqiqatların aparılmasına töhfə vermək;
  6. Nizami Gəncəvi irsini tədqiq edən alimlər üçün Azərbaycan mərkəzli beynəlxalq əməkdaşlıq platforması rolunu oynamaq;
  7. BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması məqsədilə milli mədəniyyət  səviyyəsində sahiblənmə hissinin artırılması kimi yeni yanaşmanı təbliğ etmək, bu sahədə xalqların mədəniyyətinin mühüm rol oynadığını göstərmək, könüllü şəkildə icmaların iştirakını təşviq etmək, həmçinin, bu yanaşmanın inkişafı üçün institusional platforma kimi çıxış etmək; 
  8. Dünya azərbaycanlıları arasında Nizami Gəncəvi mədəni irsini, eləcə də şairin Azərbaycanlı milli kimliyinin formalaşmasında mühüm rol oynayan fəlsəfi dəyərlərini təbliğ etmək, bu dəyərlərdən doğan azərbaycançılıq hisslərini inkişaf etdirmək;
Vizyonumuz

NGV mədəniyyətlərarası dialoqa əsaslanan fəaliyyətlərlə dünya mədəni irsinə töhfə verməyi hədəfləyir. Bu istiqamətdə NGV müxtəlif regional və beynəlxalq səviyyəli, dövlət və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edərək elmi və mədəni layihələrə dəstək vermək, nəticələri nəşrlər və digər vasitələrlə dünya ictimaiyyəti ilə bölüşərək fərqli mədəniyyətlər arasında körpü yaratmaq niyyətini güdür.

Nizaminin tərənnüm etdiyi əbədiyaşar mənəvi dəyərləri təbliğ etməklə, biz həmçinin, Azərbaycanlı olaraq öz tarixi və mədəni irsimizi beynəlxalq auditoriyaya təqdim etmiş olur və beləliklə bir-birini daha yaxşı anlayan, dinc birgəyaşayışı və sülhü təmin edən dünya üçün fəaliyyət göstərmiş oluruq.

Shopping Basket