Xəbərlər

Almaniyalı alimlə görüş keçirilib

Cari ilin 4 may tarixində Nizami Gəncəvi Vəqfində Şuşa şəhərində keçirilməsi planlaşdırılan tədbirin təşkili ilə bağlı iclas keçirilmişdir. Görüş Azərbaycan Respublikası Mədəniyyət Nazirinin birinci müavini Elnur Əliyev, Nizami Gəncəvi Vəqfinin direktoru Rəfi Qurbanov, direktor müavini Arzu Təbrizli, Almaniyanın Humbolt Universitetinin professoru, tarixçi alim Mariya Yeva Aux və Vəqfin əməkdaşları iştirak edib.

Görüşdə “Şuşanın Alman-Bazel Missionerləri” ilə bağlı ətraflı müzakirələr aparılmış və tədbirin Şuşada keçirilməsinə dair format müzakirə edilib. Bu məqsədlə Prof. Yeva Maria Auxun təklifi dinlənilmiş və tədbirin konsepsiya, eləcə də formatı razılaşdırılmışdır.

Sonda Vəqfin təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan Şuşa tədbirinin ilkin hazırlıq işlərinə başlanılmasına, həmçinin, layihə konsepsiyasının yekunlaşdırılmasına və müvafiq dövlət qurumu ilə danışıqların aparılmasına qərar verilmişdir.

– 04 / 05 / 2022

Shopping Basket