Xəbərlər

Könüllülərlə görüş keçirilib

Nizami Gəncəvi Vəqfində  14 may 2022-ci il tarixdə könüllülərlə görüş keçirilmişdir. Könüllülərlə görüşən Vəqfin direktoru Rəfi Qurvbanov dahi şair və mütəfəkkir Nizami Gəncəvinin gənclərlə bağlı təlqin etdiyi dəyərlər haqqında danışmış və Nizami Gəncəvinin könüllülüklə bağlı fəlsəfəsini diqqətə çatdırmışdır. Rəfi Qurbanov “Şeyx Nizami Vəqfinin” tarixi haqqında məlumat vermiş və bildirmişdir ki, 2021-ci ildə təsis edilən Nizami Gəncəvi Vəqfi bu tarixi irsə sahibliyin təzahürüdür.

Sonda Vəqfin gələcək fəaliyyətlərinə könüllülərin cəlb edilməsi, onlar üçün nəzərdə tutulan layihələr haqqında məlumat verilmişdir. Görüş könüllüləri maraqlandıran suallar ətrafında müzakirələrlə davam etmişdir.

– 14 / 05 / 2022

Shopping Basket