Nizami Gəncəvi Vəqfinin direktoru Rəfi Qurbanov ABŞ-ın nüfuzlu Kolumbiya Universitetinin doktorantı və gənc araşdırmacı Sohee Ryukla görüşüb.
Görüşdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığı və onun təlqin etdiyi ümumbəşəri dəyərlər haqqında gənc alimə məlumat verilmiş və Nizami Gəncəvi Vəqfinin əsas fəaliyyət istiqamətləri diqqətə çatdırılmışdır.
Vəqfin “Gənclər Platforması” barədə geniş məlumat verən R.Qurbanov bildirmişdir ki, gənc alim və ekspertlərin təşkilatın fəaliyyətinə cəlb edilməsində məqsəd həm də onların prizmasında Nizami dəyərlərinin beynəlxalq arenada təbliğidir.
Daha sonra S. Ryuk Azərbaycanda olduğu müddətdə ölkəmizin bənzərsiz mədəni müxtəlifliyindən, insanların qonaqpərvərliyindən və ölkəmizdə xalçaçılıq ənənələri ilə bağlı apardığı araşdırmasında etdiyi nəticələrdən danışıb. Sonda qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
– 20 / 06 / 2022