Xəbərlər

Vəqfin direktoru XII Beynəlxalq Multikulturalizm Yay Məktəbində iştirak edib

Nizami Gəncəvi Vəqfinin direktoru Rəfi Qurbanov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılğı ilə 2022-ci ilin  iyulun 26-da Şəki şəhərində keçirilən  “Multikulturalizm siyasəti qlobal və regional sülhün açarı kimi” adlı XII Beynəlxalq Multikulturalizm Yay Məktəbində mühazirəçi qismində iştirak edib.

İyulun 26-da direktor Rəfi Qurbanovun “Azərbaycanın xarici siyasəti: Multikulturalizm mədəniyyət diplomatiyası kimi” mövzusunda mühazirəsi dinlənilib.  Rəfi Qurbanov bildirib ki, Azərbaycandakı mədəni müxtəliflik nümunəsinin xarici siyasətdə də təbliğ edilməsi ölkəmizin multikulturalizm siyasətinin əsas tərkib hissəsidir.

“Bakı Prosesi”ilə başlayan bu siyasət ölkəmizin beynəlxalq arenada müsbət imicinin möhkəmləndirilməsinə xidmət edir. Mədəni hüquqların dövlət tərəfindən tam qorunması həm də dinc birgəyaşayış ənənələrinin qorunmasında müstəsna rol oynayır.

Qeyd edək ki, XII Beynəlxalq Multikulturalizm Yay Məktəbində 14 ölkənin (Azərbaycan, Ukrayna, Rusiya, Türkiyə, Fransa, İspaniya, Misir, Türkmənistan, Gürcüstan, Rumıniya, Qana, Nigeriya, Bolqarıstan, Suriya) aparıcı universitetlərindən 20-dən çox tələbə iştirak edib.

27.07.2022

Shopping Basket