News

Nizami Gəncəvi Vəqfi” İctimai Birliyi ilə “Bakı Yunus Əmrə İnstitutu” arasında memorandum imzalanıb

        Dekabrın 26-da “Nizami Gəncəvi Vəqfi” İctimai Birliyi ilə “Bakı Yunus Əmrə İnstitutu” arasında  əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.

       Sənədi “Nizami Gəncəvi Vəqfi”nin direktoru Rəfi Qurbanov və  “Bakı Yunus Əmrə İnstitutu”nun direktoru Selçuk Karakılıç imzalayıb.

       Sözügedən əməkdaşlıq çərçivəsi iki qardaş və strateji tərəfdaş ölkə arasında mədəni və elmi əlaqələri daha da gücləndirmək məqsədini güdür. Bu məqsədlə türk xalqlarının tarixi, ortaq mədəni irsi, ədəbiyyatı, adət və ənənələri, eləcə də müasir mədəniyyətini tədqiq və təbliği istiqamətində birgə fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda tərəflər razılaşır ki, türk dünyasının tarixi şəxsiyyətlərini, qabaqcıl yazıçı və mütəfəkkirlərini, xüsusilə Yunus Əmrə və Nizami Gəncəvi yaradıcılığını daha geniş auditoriyaya tanıtdırılmasında birgə səylərini gücləndirəcəklər. Bu əməkdaşlıq çərçivəsində türk dünyası üçün əhəmiyyət kəsb edən xüsusi layihələrin həyata keçirilməsi, ortaq nəşrlərin çapı da nəzərdə tutulur.

         Bundan əlavə iki təşkilat arasında təcrübə mübadiləsinin aparılması da planlaşdırılır.

 

26.12.2022-ci il.

Shopping Basket