Tədbirlər

Əsrin təntənəsi

31 may – 2 iyun 2023-cü il tarixlərdə Türkiyənin Antalya şəhərində moda dünyasının əlamətdar hadisələrindən biri sayca 6-cı “Antalya Moda Həftəsi” təşkil olunacaq. Antalya Moda Həftəsinin təşkilatçısı Eda Meltem Yılmazın dəvəti ilə 2 iyun 2023-cü il tarixdə Antalya MiGROS AVM-də fəaliyyət göstərəcək dərzi emalatxanasında Norveç doğumlu, əslən cənubi azərbaycanlı, “SHERVIN NAJAFPOUR” qadın geyimi brendinin yaradıcısı, modelyer-dizayner Şervin Nəcəfpur tərəfindən özəl təqdimat təşkil olunacaqdır. Həmçinin, Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin doğum gününün 100-cü ildönümü və Türkiyə Respublikasının 100 illiyi münasibətilə xüsusi dizaynlı köynək və parça çantaların təqdimatı da təşkil olunacaqdır. Ulu öndər Heydər Əliyevin və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün şəkillərinin, “Bir millət, iki dövlət, tək yumruq” şüarının əks olunduğu kolleksiya Türkiyə və Azərbaycan qardaşlığının möhkəmliyi və əbədiliyini təbliğ etmək məqsədi daşıyır. Beynəlxalq səviyyəli Antalya Moda Həftəsi Antalya Böyükşəhər və Antalya Muratpaşa Bələdiyyələri, Batı Akdeniz İhracatçılar Birliyi, Hotel SU, Antalya MiGROS, Radisson mehmanxanalar şəbəkəsi və digər böyük şirkətlərin dəstəyi ilə həyata keçirilir. Tədbir yerli və xarici media tərəfindən geniş işıqlandırılır. Antalya moda günlərində yerli dizaynerlərlə yanaşı, xarici ölkələrdən qatılan modelyerlərin geyim kolleksiyalarının nümayi nəzərdə tutulur.
Shopping Basket