Xəbərlər

Bursada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

27 dekabr 2023-cü il tarixdə Türkiyənin Bursa Şəhərində fəaliyyət göstərən Bursa Azərbaycan İnnovasiya və Həmrəylik dərnəyinin təşəbbüsü, Nizami Gəncəvi Vəqfinin, Bursa Uludağ Universiteti Azərbaycan Mədəniyyət və İncəsənət Birliyi, Bursa Texniki Universiteti Türk Dünyası Tələbələri Birliyi, Gənc Azərbaycanlılar Dərnəyi, “Turan APP” tətbiqinin dəstəyi ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib.

       Tədbirdə Bursa Böyük Şəhər Bələdiyyəsi başçısının köməkçisi Ali Mersin, Bursada yaşayan soydaşlarımız, siyasi partiya və qeyri-hökumət təşkilatlarının nümayəndələri, iş adamları və tələbələr iştirak ediblər.

      Gecənin açılışında azərbaycanlı və türk şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Türkiyə və Azərbaycan Dövlət Himnləri səsləndirilib.

      Tədbirdə çıxış edən Bursa Azərbaycan İnnovasiya və Həmrəylik dərnəyinin sədri Lətifə Nağdəliyeva ölkələrimiz arasında olan qardaş və dost münasibətlərdən, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixindən, bu bayramın müxtəlif xarici ölkələrdə yaşayan soydaşlarımızın tarixi Vətənlə – müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsi, eyni zamanda milli-mənəvi dəyərlərimizin, ənənələrimizin qorunub saxlanılması haqqıda danışıb.

      Gecənin bədii hissəsində xalq musiqilərimiz səsləndirilib, tələbələrin iştirakı ilə Azərbaycanın milli rəqsləri ifa olunub. Qonaqlara Azərbaycan mətbəxinin təamları və şirniyyat nümunələri təqdim edilib.

      Tədbirin sonunda iştirakları ilə dəstək olan bütün azərbaycanlı tələbələr xüsusi sertifikat və hədiyyələrlə təltif olunub.

Shopping Basket