Varlık 19
banner 2 (2)

Beynəlxalq Ekspertlər Şəbəkəsi

Nizami Gəncəvi Vəqfinin (NGV) Nizamnaməsinin 6.8-ci maddəsinə əsasən Vəqfin Direktoru tərəfindən yaradılmış Beynəlxalq Ekspertlər Şəbəkəsi (bundan sonra “BEŞ”) Nizamnamədə müəyyən edilmiş Vəqfin məqsəd və vəzifələrinə uyğun olaraq müvafiq sahələr üzrə ixtisaslaşmış nüfuzlu yerli və beynəlxalq elm adamlarını, ekspertləri və mütəxəssisləri könüllü əsaslarla birləşdirən əməkdaşlıq platformasıdır.
BEŞ NGV-nin əməkdaşlıq platforması olaraq məşvərətçi funksiyaya malikdir və onun üzvləri bərabərhüquqludur. BEŞ-in üzvlüyünə qəbul və üzvlükdən azad edilmə Nizamnamənin 6.8-ci maddəsinə müvafiq olaraq NGV-nin Direktoru tərəfindən həyata keçirilir. NGV-nin Direktoru BEŞ-in üzvlüyünə vaxtından əvvəl xitam verə bilər. BEŞ-in tərkibi ən azı 5 (beş) nəfər üzvdən ibarət olmalıdır. Şəbəkənin işinin təşkili Vəqf tərəfindən həyata keçirilir. Həmçinin BEŞ öz fəaliyyətini NGV-nin Direktorunun 25.05.2022-ci il tarixli, 01 nömrəli əmri ilə təsdiq edilmiş Əsasnaməyə uyğun həyata keçirir.

Fəaliyyət İstiqamətləri

• NGV-nin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələr üzrə müvafiq mövzu seçiminin, konsepsiya və proqramların formalaşdırılmasında məsləhətləşmələrin aparılması;

• Müəyyən sahələr üzrə ixtisaslaşmış  yerli və beynəlxalq təşkilat, dövlət qurumları, elmi dairələr və fərdi ekspertlərlə əməkdaşlıq əlaqələrinin qurulmasına dəstəyin göstərilməsi;

• NGV ilə birlikdə müxtəlif istiqamətli müştərək layihələrin (sərgi, elmi konfrans, təlim, mühazirə,  kitab nəşri və s.) həyata keçirilməsi; 

• BEŞ üzvləri ilə həyata keçirilən ortaq layihələrin nəticələrinin yerli və beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə müştərək bəyanatların qəbul edilməsi;

• Birgə keçirilən layihələrin beynəlxalq media tərəfindən işıqlandırılması məqsədilə təmsil etdikləri ölkələr üzrə media qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulmasına dəstəyin göstərilməsi.

Shopping Basket