Nizami Gəncəvi Azərbaycanda

Gəncə Şəhəri
Nizami Gəncəvinin məqbərəsi

Nizami məqbərəsi Gəncənin simvolu hesab olunur. Gəncənin şərq hissəsində Əhmədli kəndində Gəncənin girişində yerləşir. Görkəmli şair Nizami Gəncəvinin məzarı üzərində ilk məqbərənin tikintisi 13-14-cü əsrlərə təsadüf edir. Abidənin indiki strukturu 1947-ci ildə tikilmiş
mövcud tikintinin üzərində 1991-ci ildə bərpa edilmişdir. Məqbərədə aparılan son bərpa işləri məqbərə daxil olmaqla bu bağı
35 hektarlıq kampusa çevirmişdir.

“Xəmsə” Abidə Kompleksi


Prezident İlham Əliyev 2012-ci il yanvarın 21-də Gəncə şəhərinə səfəri zamanı Gəncə şəhərindəki “Xəmsə” abidə kompleksində Nizami Gəncəvinin abidəsinin açılışında iştirak edib. Nizami Gəncəvinin yazılarının motivlərinə həsr olunmuş kompleksin tikintisi zamanı qədim Azərbaycan memarlığına istinad edilib. “Xəmsə” abidə kompleksi 8 künc, bürc, şam, çarhovuz və digər elementlərdən istifadə edilərək ucaldılmışdır. Kompleksdə Nizami Gəncəvinin “Leyli və Məcnun”, “Sirlər xəzinəsi”, “Yeddi gözəl”, “Xosrov və Şirin”, “İskəndərnamə” poemalarının hər birinə aid abidə qoyulmuşdur. Bununla da Nizami yaradıcılığını əks etdirən son
dərəcə nadir bir sənət abidəsi ərsəyə gəlmişdir.

Bakı şəhəri
Nizami Gəncəvinin heykəli (1949)

Heykəl Bakıda, Nizami meydanında, İstiqlaliyyət, Əhməd Cavad, Azərbaycan və İslam Səfərli küçələrinin kəsişməsində ucaldılıb. Heykəlin açılışı 1949-cu ilin aprelində olub. Heykəlin müəllifi Azərbaycanın xalq rəssamı, heykəltəraş Fuad Əbdürrəhmanov,
memarlar Mikayıl Hüseynov və Sadiq Dadaşovdur.

Nizami Gəncəvi İtaliyada

Romada məşhur Villa Borghese parkında
Nizami Gəncəvinin abidəsi

İtaliyanın Roma şəhərindəki Villa Borghese parkında (Villa Borghese bağları, Viale Madama Leticia küçəsi) yerləşir. Abidənin müəllifləri Azərbaycanın xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayevdir.

Abidə Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikasının Prezidentinin 2011-ci il 23 dekabr tarixli "Azərbaycan dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 870 illiyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 dekabr
2011-ci il tarixli Sərəncamına əsasən ucaldılıb.

Sərəncama əsasən, abidənin açılışı 2012-ci ilin aprelində Heydər Əliyev Fondunun dəstəyi ilə Nizami Gəncəvinin yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində keçirilib. Açılış mərasimində Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Roma Şəhər şurasının beynəlxalq şöbənin rəhbəri Serena Forni, Azərbaycanın İtaliyadakı səfirliyinin nümayəndələri, mədəniyyət və turizm nazirin müavini Ədalət Vəliyev və digər rəsmi şəxslər iştirak ediblər.

19 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva
abidənin önünə gül dəstələri qoydular.

Nizami Gəncəvi Rusiyada

Moskva şəhəri
NG Moscow

Nizami Gəncəvinin abidəsi Rusiyanın paytaxtı Moskvada, Azərbaycan səfirliyinin yaxınlığında, Leontyevski və Yeliseyevski küçələrinin kəsişməsində, Müslüm Maqomayev adına park-meydanda yerləşir. Abidə 1991-ci ildə ucaldılıb və Azərbaycanın Moskvaya hədiyyəsidir. Abidənin heykəltəraşları T.Zeynalov və E.Zeynalov, memarları R.Əsgərov və P.Əliyevdir. Nizami ənənəvi şərq geyimində, əlində kitablarla oturmuş şəkildə təsvir edilmişdir. Postamentdə rus dilində “Nizami Gəncəvi” yazılmışdır.

Sankt-Peterburq şəhəri
Nizami Ganjavi in St.Petersburg - 2

Nizami Gəncəvinin abidəsi 2002-ci il iyunun 9-da dünyanın mədəniyyət mərkəzlərindən biri olan Sankt-Peterburqda açılıb. Dahi mütəfəkkirin heykəli Sankt-Peterburqun Kamennoostrovski prospekti 25 və 27-ci binalar arasında yerləşir. Nizami obrazını azərbaycanlı heykəltəraş Qayruş Babayev yaradıb. Postament layihəsinin müəllifi Rusiya Federasiyasının əməkdar rəssamı Feliks Romanovskidir. 2011-ci ildə şairin anadan olmasının 870 illiyi münasibətilə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin himayəsi altında olan bağda Nizami Gəncəvinin əsərlərindən fraqmentləri əks etdirən pannolar qoyulmuşdur. Heykəl Bakıda hazırlanıb və Sankt-Peterburqun 300 illik yubileyinə Azərbaycandan hədiyyə olaraq göndərilib.Azərbaycan Prezidenti Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Putin
abidənin açılışında iştirak ediblər.

Çuvaşiya Muxtar Respublikasının paytaxtı ÇeboksarıNizami Ganjavi in Cheboksary

Abidə 2004-cü il fevralın 24-də Çuvaşiya Muxtar Respublikasının (Rusiya) paytaxtının cənubundakı Çeboksarı qəsəbəsində ucaldılıb. Abidənin müəllifi Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovdur. Açılış mərasimində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Rzayev, o cümlədən mədəniyyət və incəsənət xadimləri, ictimai xadimlər və şəhər sakinləri iştirak ediblər.

Nizami Gəncəvi Moldovada

Kişinyov şəhəri

Nizami Ganjavi in Chisinau

Nizami Gəncəvinin abidəsi Moldovanın paytaxtı Kişinyovda Nizami Gəncəvi adına parkda yerləşir. Abidənin heykəltəraşı Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Akif Əsgərov, memarı isə Moldovanın əməkdar memarı Semyon Şoyxetdir. Abidə 2005-ci ilin yazında Azərbaycan prezidenti İlham Əliyevin Moldovaya rəsmi səfəri zamanı açılıb. Abidə “Azərbaycan və Moldova xalqları arasında dostluq münasibətlərinin rəmzi” kimi ucaldılıb. Abidələrin tikilməsi ideyası Vüqar Novruzovun rəhbərlik etdiyi Moldova Azərbaycanlıları Konqresinə məxsusdur. 2012-ci il noyabrın 12-də Nizami Gəncəvinin yenidən qurulan və təmir olunan abidəsinin təntənəli açılış mərasimi keçirilib. Mərasimdə Moldovanın mədəniyyət naziri Boris Foşko, Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev, Azərbaycan nümayəndə heyətinin üzvləri, Moldovanın mədəniyyət və incəsənət xadimləri, dövlət rəsmiləri və diplomatik missiyaların nümayəndələri də iştirak ediblər. Layihə Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı çərçivəsində həyata keçirilib.

Nizami Gəncəvi Çində

Pekin şəhəri

Nizami Ganjavi in Beijing

Abidə Çinin paytaxtı Pekində, Çaoyang parkında yerləşir. Abidənin müəllifi çinli rəssam Yuan Sikundur. Abidə Çin və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi münasibətilə ucaldılıb. Abidənin təntənəli açılış mərasimi 2012-ci il dekabrın 6-da keçirilib. Açılışda Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov, Çin Xarici İşlər və Mədəniyyət nazirliklərinin rəsmiləri, həmçinin Pekin Cintay İncəsənət Muzeyinin direktoru və heykəltaraşlıq müəllifi Yuan Sikun iştirak ediblər.

Shopping Basket