Varlık 19
banner 2 (2)
Məqsədimiz

“Nizami Gəncəvi Vəqfi” yaradıcılığı ilə ümumbəşəri dəyərləri, sülh və ədaləti tərənnüm edən Şərq intibahının görkəmli nümayəndəsi olmuş Nizami Gəncəvinin adını və ideyalarını yaşadaraq Azərbaycan mədəniyyətinin təbliğinə töhfə verir, eləcə də müasir dünyada sülh, dialoq, qarşılıqlı anlaşma, mədəni müxtəliflik, qlobal problemlərə alternativ həll yollarının təklifi məqsədinə xidmət edən mədəniyyət və elm sahəsində fəaliyyət göstərir.

Missiyamız

Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, ədəbiyyatını, incəsənətini və adət-ənənələrini, xüsusilə Azərbaycanın qədim şəhəri Gəncəni beynəlxalq auditoriyaya tanıtmaq;

Nizami Gəncəvinin ədəbi və fəlsəfi irsini tədqiq edən nüfuzlu beynəlxalq və yerli nizamişünas alimlərin bilik mübadiləsini təşviq etmək, eləcə də bu sahədə yeni tədqiqatların aparılmasına töhfə vermək;

Nizami Gəncəvi irsini tədqiq edən alimlər üçün Azərbaycan mərkəzli beynəlxalq əməkdaşlıq platforması rolunu oynamaq;

Vizyonumuz

Nizami Gəncəvi Vəqfi müxtəlif regional və beynəlxalq səviyyəli, dövlət və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edərək elmi və mədəni layihələrə dəstək vermək, nəticələri nəşrlər və digər vasitələrlə dünya ictimaiyyəti ilə bölüşərək fərqli mədəniyyətlər arasında körpü yaratmaq niyyətini güdür.

Shopping Basket